Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:22

Navalny Putinin dostlarının malikanələrini göstərir


Mark Zuckerberg-in evi
Mark Zuckerberg-in evi
.
Alexey Navalny

Rusiyada tanınmış anti-korrupsiya fəalı və siyasətçi Alexey Navalny
iyulun 8-də öz bloqunda Rusiyada oliqarxların mülklərinə dair
maraqlı fotolar yayıb. Onun bloqunu qısa ixtisarla təqdim edirik.

Bu bloqumu Vladimir Putinin əziz tərəfdarları, sizə həsr edirəm. Heç bir ironiyasız-filansız. Doğrusu, istəyirəm ki, "Putin korrupsiyasız, ədalətli dövlət yaradıb deyənlər" bu bloqu oxuyub fikirlərini yazsınlar. Çox sadə bir şeydir, yalnız müqayisələr edilir.

WAREN EDWARD BUFFET
O, əfsanəvi biznesmendir. Öz biliyi və mətanəti sayəsində Buffet 66 milyard dollar qazanıb.
Warren Edward Buffett
Warren Edward Buffett

Çoxşaxəli fəaliyyətlə məşğul olan Berkshire Hathaway korporasiyasının rəhbəri hələ də 1958-ci ildə 31.5 min dollara aldığı bu boz suvaqlı evdə yaşayır.

Nebraska ştatında yerləşən bu evdə cəmi 5 yataq otağı var, ümumi sahəsi 557 kv2-dir. Bundan başqa, evdə 79 yaşlı adama nə lazımsa, hər şey var, o cümlədən formada qalmaq üçün həndbol meydançası.

Warren Edward Buffett-in evi
Warren Edward Buffett-in evi

STEVE JOBS

O, dünyanın ən məşhur şirkətlərindən birini yaradıb. Yüz milyonlarla insan hər gün bu şirkətin avadanlıqlarından istifadə edir.

Mərhum Jobsun ömrünün son günlərinə qədər yaşadığı ev Kaliforniyadadır. 536 m2 sahəsi olan evdə 7 yataq otağı, 5 hamam var.

Steve Jobs-un evi
Steve Jobs-un evi

MARK ZUCKERBERG
Mark Zuckerberg
Mark Zuckerberg

Dünyanın ən gənc milyarderi olan Mark Zuckerberg ən məşhur sosial şəbəkəsi olan facebook-u yaradıb. Bu şəbəkədən 1.2 milyard insan istifadə edir.

Onun bir il əvvəl aldığı bu evinin ümumi sahəsi 837 m2-dir. İkimərtəbəli evdə 5 yataq otağı, dəniz suyu doldurulmuş basseyn var.

Mark Zuckerberg-in evi.
Mark Zuckerberg-in evi.


Boris və Arkadiy qardaşları
Boris və Arkadiy qardaşları
BORIS VƏ ARKADIY ROTENBERG QARDAŞLARI

Bu aşağıdakı ev isə Boris və Arkadiy Rotenberg qardaşlarınındır. Əgər onlara ev demək mümkün olarsa...


Boris və Arkadiy bədən tərbiyəsi institutunu bitirblər. Nə bir şey kəşf ediblər, nə də hansısa texnoloji ixtira.

Onlar bizə iPhone verməyiblər, hansısa uğurlu sosial şəbəkə layihəsinin müəllifləri deyillər. Onlar, sadəcə olaraq Vladimir Putinin dostlarıdırlar. Hakimiyyətə gələnə qədər Qazprom üçün boru sifarişi ilə məşğul idilər. Bu işlə ilk milyardlarını qazandılar. İndi isə bu qardaşlar dövlət sifarişlərinin krallarıdırlar. Büdcədən maliyyələşən tenderlərdə - istər yol, istər, körpü, istər metro tikintisi olsun, hər şeydə yeganə qalib onlar olurlar.

Bilmirik onların bu evlərində -- əgər bunlara ev deyilərsə, neçə yataq otağı, bu otaqlarda neçə xəz paltarlar var. Hər halda kənardan olduqca cəlbedici görünürlər...

Kiminsə bu fotolara şübhəsi olsa (onları Korrupsiya ilə Mübarizə Fondunun əməkdaşları çəkiblər) bu linkdəki sənədlərə baxsın.

Məni düzgün başa düşün, mən zəngin insanlara, saraylara qarşı deyiləm. Mən də bunların lehinəyəm. Sadəcə istəyirəm ki, bütün bu cah-cəlalı çox işləyənlər, həm də öz ictimai börcunu başa düşənlər qazansınlar.

Ona görə də sizə də belə bir sualım var, əsis Vladimir Putinin tərəfdarları: Əlinizi ürəyinizin üstünə qoyub bu fotolara baxın. Doğrundanmı siz hesab edirsiz ki, bunlar elə belə də olmalıdır?

Hamıdan xahiş edirəm, əgər tanıdığınız bir putinçi varsa, bu sualı ondan da soruşun. Qoy, səmimi cavab versinlər.

XS
SM
MD
LG