Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 06:44

Vladimir Putinin dəbdəbəli həyat tərzindən görüntülər [Fotolar]

Putin prezident təyyarəsind. 7 sentyabr 2006-cı il.

Rusiya prezidenti Vladimir Putin ərəb kralları və ya çılğın oliqarxlar kimi cah-calallı lyuks həyat tərzi sürür. Rusiya müxalifətinin liderləri Boris Nemtsov və Leonid Martynyukun avqustun 28-də təqdim elədiyi hesabatda belə deyilir.

Hesabata görə, Putinin son 12 ildəki hakimiyyəti dövründə istifadə elədiyi cah-calalın miqyasları da artıb. Hesabatda bunların şəkilləri də yer alır.

(Şəkillərlə mətnin sonunda tanış ol.)

Hesabat müəllifləri iddia edirlər ki, məhz bu lyuks həyat tərzi üzündən Putin hakimiyyətdən möhkəm yapışıb və əldən buraxmaq istəmir.

PUTİNİN SAAT KOLLEKSİYASI İLLİK RƏSMİ GƏLİRİNDƏN 6 DƏFƏ ÇOX İMİŞ?

Rusiyada müxalifət liderlərindən biri, Baş nazirin keçmiş müavini Boris Nemtsov iddia edir ki, Rusiya prezidenti Vladimir Putinin təkcə saatlar kolleksiyası onun illik rəsmi gəlirindən 6 dəfə çoxdur.

“Kommersant” qəzeti yazır ki, Boris Nemtsov “Solidarnost” hərəkatının fəallarından biri olan Leonid Martinok`la birlikdə prezident Putinin var-dövləti haqqında hesabat hazırlayıb.

Sənəd müəllifləri iddia edirlər ki, Vladimir Putinin sərəncamında 20 saray, villa və iqamətgah var. İqamətgahlardan 9-u Putinin hakimiyyəti illərində tikilib.

Hesabatda müqayisə üçün əlavə olunur ki, ABŞ və Fransada cəmi 2 rəsmi iqamətgah fəaliyyət göstərir.

İLƏ 98 000 MANAT RƏSMİ GƏLİRİ OLAN PREZİDENTİN HƏYAT AKSESSUARLARI

Hesabat müəllifləri iddia edirlər ki, Putin rəsmi gəlir bəyannaməsində ildə 4 milyon rubl “təxminən 98 000 manat” qazancı olması barədə məlumat verməklə əslində seçiciləri aldadıb. Əslində isə o, cah-cəlal içində yaşayır.
Boris Nemtsov
Boris Nemtsov

“Kölənin qalera həyatı. Saraylar, yaxtalar, maşınlar, təyyarələr və başqa aksessuarlar” adlanan hesabat “Saraylar”, “Aviapark” (təyyarə və vertolyotlar), “Yaxtalar”, “Maşınlar”, “Saatlar” adları altında müxtəlif bölmələrdən ibarətdir.

Sənəd müəllifləri Putinin aviaparkında olan təyyarələr, vertolyotların ümumi qiymətinin milyardlarla dolları keçdiyini deyirlər: “Kiçik donanma adlana biləcək aviaparka 4 dəbdəbəli təyyarə daxil olub. Bu təyyarələrin qiyməti azı 3 milyard dollar təşkil edir.

Putinin maşınlar və saatlar kolleksiyası da var. təkcə saatlar kolleksiyasının dəyəri 22 milyon rubl (təxminən 542 000 manat) hesablanır. Putinin təkcə saatlar kolleksiyasının dəyəri prezidentin rəsmi illik gəlirindən 6 dəfə çoxdur.”

SÖZÇÜSÜ İQAMƏTGAHLARIN PREZİDENTƏ YOX, DÖVLƏTƏ MƏXSUS OLDUĞUNU DEYİR

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə Nemtsovun bu hesabatını ətraflı öyrəndikdən sonra ona münasibət bildirəcəklərini deyib. Amma sözçü ilkin reaksiya kimi qeyd edir ki, prezidentin istifadə etdiyi obyektlər dövlət mülkiyyətidir, bu barədə məlumatlar da hər kəsə açıqdır.

Vladimir Putinin dəbdəbəli həyat tərzindən fotolar

Hesabata görə Putinin sərəncamında 15 helokopter də var.

1/10 Hesabata görə Putinin sərəncamında 15 helokopter də var.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Putin prezident təyyarəsində. Hesabata görə Putinin xidmətində 43 təyyarə var.

2/10 Putin prezident təyyarəsində. Hesabata görə Putinin xidmətində 43 təyyarə var.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Moskvanın şimalında mülk. 2000-ci ildən rəsmi iqamətgah kimi istifadə olunur. Bu bina sovet liderlərinin dincəldiyi məkan olub. 1990-cı illərdə isə istifadəsiz qalıb.

3/10 Moskvanın şimalında mülk. 2000-ci ildən rəsmi iqamətgah kimi istifadə olunur. Bu bina sovet liderlərinin dincəldiyi məkan olub. 1990-cı illərdə isə istifadəsiz qalıb.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Sankt-Peterburq yaxınlığında Konstantin Sarayı. Pyotrın zamanında yay iqamətgahı kimi tikilib.

4/10 Sankt-Peterburq yaxınlığında Konstantin Sarayı. Pyotrın zamanında yay iqamətgahı kimi tikilib.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Qara Dəniz sahilində Soçidə Putinin iqamətgahlarından biri.

5/10 Qara Dəniz sahilində Soçidə Putinin iqamətgahlarından biri.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
IL-96-300 sərnişin təyyarəsi də Putinin prezident donanmasına qatılıb.

6/10 IL-96-300 sərnişin təyyarəsi də Putinin prezident donanmasına qatılıb.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Prezident Putin həmçinin bahalı maşınlardan ibarət tam bir parka sahibdir.

7/10 Prezident Putin həmçinin bahalı maşınlardan ibarət tam bir parka sahibdir.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Putinin istifadə etdiyi "Sirius" super yaxtanı Rusiya 2011-ci ildə 40 milyon dollara alıb.

8/10 Putinin istifadə etdiyi "Sirius" super yaxtanı Rusiya 2011-ci ildə 40 milyon dollara alıb.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
"Sirius" yaxtasında 6 cakuzi, günəş vannası üçün yerlər, idman zalı, kinosalon, 14 müxtəlif yerdə hətta kabab bişirməyə imkan verən üstü açıq məkan və bar var.

9/10 "Sirius" yaxtasında 6 cakuzi, günəş vannası üçün yerlər, idman zalı, kinosalon, 14 müxtəlif yerdə hətta kabab bişirməyə imkan verən üstü açıq məkan və bar var.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Hesabata görə Putinin ümumi dəyəri azı 700 000 dollar olan saatlar kolleksiyası da var. Onların arasında İsveçrə markası Blancpain üstünlük təşkil edir.

10/10 Hesabata görə Putinin ümumi dəyəri azı 700 000 dollar olan saatlar kolleksiyası da var. Onların arasında İsveçrə markası Blancpain üstünlük təşkil edir.
Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov və Leonid Martinok prezident Vladimir Putinin dəbdəbəli həyat tərzi keçirdiyinə dair hesabat hazırlayıblar. Hesabatda Putinin istifadəsində olan saraylar, maşınlar, təyyarələrin fotoları da var.
Öncəki slayd
Növbəti slayd
This item is part of
XS
SM
MD
LG