Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:58

Prezidentin və baş nazirin nəyi var?


Dmitri Medvedevin "Pobeda"sı
Dmitri Medvedevin "Pobeda"sı
Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putin illik gəlirlərini açıqlayıblar.

Prezidentin mətbuat xidmətinin məlumatına görə, Dmitri Medvedev və birinci ledi Svetlana Medvedevanın 367,8 kvadrat metrlik mənzili var.

Prezidentin Rusiya banklarında ümumilikdə 5 milyon 178 min rublluq 15 hesabı var.
Yəni indiki məzənnə ilə banklarda 170 min dollar pulu var.

D. Medvedevin bundan başqa 1948-ci il buraxılışı olan “Pobeda” - “QAZ 20” və 1962-ci il istehsalı olan “Volqa” - “QAZ 21” minik avtomobilləri var.

Svetlana Medvedavanın isə 1999-ci ildə istehsal olunmuş “Volkswagen Golf” avtomobili var.

Birinci ledinin 3 bank hesabı var.
Bu hesablarda 26 rubl var. (Görəsən, 26 rubl olan 3 hesabı birinci ledi niyə açıb?)

Qanunla prezidentin övladlarının da gəlirləri açıqlanmalıdır.

Rusiya prezidentinin İlya adlı bir oğlu var.
Prezident ofisinin məlumatına görə, yetkinlik yaşına çatmayan İlya Medvedevin keçən il gəliri olmayıb. Onun əmlakı, qiymətli kağızları, banklarda pulu yoxdur.

Rusiya hökumətinin mətbuat xidmətinin məlumatına görə, Rusiyanın baş naziri Vladimir Putinin 2011-ci ildə gəliri 3 milyon 662 min rubl olub. Yəni təxminən 120 min dollar qazanıb.

Bu, 2010 –cu ildəkindən xeyli azdır.

2010-cu ildə isə Putinin gəliri 5 milyon 42 min rubl olub.
Yəni təxminən 166 min dollar məbləğində pul qazanmışdı.
Putinin "Volqa"sı
Putinin "Volqa"sı


Putinin mülkiyyətində ümumi sahəsi 1500 kvadrat metr olan mənzillər, qaraj və həyatyanı sahə var.

Bundan başqa onun iki “köhnə Volqası” - “QAZ M21”, “QAZ M21P” və “Niva” avtomobill var.

Bunlar qanunun tələb etdiyi rəsmi gəlir bəyannaməsidir.

Təkcə media məlumatlarına görə yox, həm də Qərbdə aparılan araşdrmalara görə isə, Putinin real gəliri və mülkiyyəti milyardlarla dollar məbləğindədir.
Ancaq bunlar hələ ki, sübut olunmamış rəqəmlərdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG