İyulun 6-a keçən gecə FİFA-2014 kuboku uğrunda mübarizəni davam etdirən 4 ölkə yığması müəyyənləşdi. Onlardan 2-si - Braziliya və Almaniya, bir gün əvvəl yarımfinala çıxmışdılar. Bu gün isə Arqentina Belçikaya qalib gələrək 3-cü yarimfinalçı oldu. Oyunun əvvəlində vurulan yeganə qol Arqentilalılara qələbə qazandrdı. Onlar Hollandiya-Kosta-Rika matçının qalibi ilə görüşəcəklər
Argentina: "Adios Bélgica!"

1
Oyunun ilk dəqiqələrə, top gözlənilmədən Gonzalo Higuain-a tərəf sıçrayır, o da çox düşünmədən dərhal onu rəqib qapısına tərəf göndərir

2
Belçikanın qapıçısı gözlənilməz zərbəyə hazır deyil, onun ümidsiz sıçrayışı qolun qarşısını ala bimir

3
Gonzalo Higuainın sevincinin həddi yoxdur. Arqentina mətbuatında ünvanına tənqid yazan jurnalistlərə bundan yaxşı cavab ola bilməzdi. Sonradan məlum olacaq ki, bu, QƏLƏBƏ QOLUdur

4
Lionel Messi Belçik müdafiəsini yarmağa calışır