Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:40

Solzhenitsyn Ukrayna məsələsinin həllini belə görürdü


Alexander Solzhenitsyn, 1994
Alexander Solzhenitsyn, 1994

-

“Lenin, daha sonra isə Xruşşov tarixən Ukraynaya aid olmayan nəhəng əraziləri Ukraynaya veriblər. Novorossiya, Krım, bütün cənub-şərq bölgəsi indiki Ukrayna dövlətinin tərkibinə zorla qatılıb”.

Nobel mükafatlı rus yazıçısı Aleksandr Solzhenitsyn belə düşünürdü. ("Rossiyskaya qazeta"ya istinadla "Oxu zalı")

2008-ci ildə dünyasını dəyişmiş yazıçı təəccübünü gizlətmirdi ki, “necə ola bilər, Ukraynada millətçilər Leninin heykəllərini dağıdırlar, amma eyni zamanda Lenin babanın cızdığı saxta sərhədlər, onun Ukraynaya peşkəş etdiyi torpaqlar uğrunda mübarizə aparırlar”.

Keçmiş dissident, Stalin düşərgələrində məhbus olmuş, daha sonralar mühacirətə getmiş Solzhenitsyn-ə Ukraynada “velikorus şovinisti”, “müstəmləkəçi”, “imperiya tiraniyasının quyruğu” deyənlər də az deyildi.

Solzhenitsyn rusları, ukrainləri və belorusları eyni xalq sayırdı, onların tarixinin Kiyev rus dövlətindən gəldiyini xatırladırdı və bölünmələrini monqol-tatar işğalı və polyak müstəmləkəçiliyi ilə əlaqələndirirdi.

Yazıçı hətta özünün də “az qala yarıukrain” olduğunu, uşaqlıdan ukrain dili mühitində böyüdüyünü qeyd edirdi.

Rusiya - Alexander Solzhenitsyn (solda) və Rusiya prezidenti Vladimir Putin, 20 sentyabr 2000.
Rusiya - Alexander Solzhenitsyn (solda) və Rusiya prezidenti Vladimir Putin, 20 sentyabr 2000.

Hələ SSRİ dağılan ərəfədə Ukraynanın müstəqilləşməsi və orada yaşayan rusların aqibəti müzakirələrə, mübahisələrə yol açmışdı.

Solzhenitsyn o vaxtdan bu fikirdə idi ki, Ukraynanın müstəqil dövlət olmaq haqqı var, amma onun tərkibindəki bütün bölgələr müstəqil seçim etməlidirlər. Ukraynanın tərkibində qalmaq istəyirlər, yoxsa Rusiyanın bir parçası olmaq.

Onun fikrincə, ukrainlər və ruslar elə qaynayıb qarışıblar ki, onların seçim haqqını özlərinə vermək lazımdır.

Yazıçı Ukrayna məsələsinin bir gün “çox ağrılı” sonluqla bitəcəyini hələ 1968-ci ildə qələmə aldığı “Arxipelaq QULaq” əsərində yazmışdı.

(“Arxipelaq QULaq”, 5-ci hissə, 2-ci fəsil):

“Bizim nəsil böyüklərin buraxdığı səhvlərin bədəlini ödəməkdən canını qurtara bilməyəcək. Ayağını nəyinsə üstünə qoyub “bu mənimdi” qışqırmaq ən asan yoldur...

Bəlkə də hər vilayətdə referendum keçirmək lazım gələcək, ondan sonra isə köçüb getmək istəyənlərə dözümlü münasibət göstərmək...”

Alexander Solzhenitsyn
Alexander Solzhenitsyn

Yazıçı “Ukraynada rusdillilərin, rus dilinin sıxışdırılmasını” dözülməz sayırdı. Onun Ukraynadakı “narıncı inqilab”dan sonra “Moskovskiye novosti” qəzetinə verdiyi müsahibədən (28 aprel 2006-cı il):

- Rus dilinin fanatikcəsinə sıxışdırılması və təqib edilməsi (o dili ki, ötən sorğularda Ukrayna əhalisinin 60 faizindən çoxu özünün əsas dili adlandırmışdı) Ukraynanın özünün də mədəni perspektivinə qarşı yönəlmiş vəhşicəsinə bir hərəkətdir. Tarixən Ukraynaya aid olmamış Novorossiya, Krım, bütün cənub-şərq bölgəsi kimi nəhəng ərazilər indiki Ukrayna dövlətinin tərkibinə zorla qatılıb və onun hərisliklə NATO-ya daxil olmaq arzusuna tabe etdirilib. Hakimiyyətdə olduğu dövr ərzində Yeltsinin Ukrayna prezidentləri ilə bircə görüşü də güzəşt və təslimçilik mövqeyi sərgiləmədən keçməyib. (Heç zaman, hətta Xruşşov dövründə də USSR-ə verilməmiş) Qara Dəniz Donanmasını Sevastopoldan sıxışdırıb çıxarmaq cəhdi 19-20-ci əsrlər rus tarixinə həqarətdir. Bu şəraitdə Rusiyanın Ukraynadakı çoxmilyonlu rus əhalisinə xəyanət etmək, onlarla birlikdən imtina etmək haqqı yoxdur.

Yazıçı müsahibəsində NATO-nun Şərqə doğru genişlənməsində Rusiya dövlətçiliyinə təhlükə görürdü:

- NATO Rusiyanın ona heç bir təhlükə törətmədiyini aydın görsə də, israrla öz aparatını Şərqi Avropaya doğru, Rusiyanın cənubdan əhatələnməsi istiqamətində genişləndirməkdədir. “Rəngli” inqilabların maddi və ideoloji baxımdan dəstəklənməsi də, şimali-Atlantika mənafelərinin paradoksal şəkildə Orta Asiyayacan uzanması da buraya daxildir. Bütün bunlar şübhə yeri qoymur ki, Rusiyanın tam şəkildə mühasirəyə alınması və suverenliyinin itirilməsinə hazırlıq gedir.

Ətraflı burda oxu

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG