Dünən keçirilən iki oyundan sonra DÇ-2014-ün bütün 1/4 finalçıları müəyyənləşib.
İlk öncə meydana Argentina və İsveçrə yığmaları çıxıb. Argentina millisi əlavə vaxtda vurduğu bir qol sayəsində 1/4 finala yüksəlib.
1/8 final mərhələsinin son matçında Belçika və ABŞ komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda Belçika iki, ABŞ isə bir dəfə fərqlənib. Beləliklə, 1/4 finalda Braziliya Kolumbiya, Fransa Almaniya, Hollandiya Kosta-Rika, Argentina isə Belçika ilə qarşılaşacaq.
Komandalardan 4-ü Avropa qitəsini, 4-ü isə Amerika materikini təmsil edir.
İlk oyun iyulun 4-də Almaniya ilə Fransa arasında keçiriləcək.
Avropa-Amerika-4:4
9
Belçika-ABŞ – 2:1 Omar Gonzalez topa tullanır.
10
Belçika-ABŞ – 2:1 Chris Wondolowski (solda) qol şansından yararlana bilmir.
VPN-siz açmaq
Saytın bloklandığı yerlərdə belə bu səhifəni açan link
Bölmələr
- Siyasət
- Sosial
- İqtisadiyyat
- Azərbaycan-Ermənistan münaqişəsi
- Dünya
- Radio: Qaynar xətt
- İslam və demokratiya
- Insan haqları
- İdman