Dünən keçirilən iki oyundan sonra DÇ-2014-ün bütün 1/4 finalçıları müəyyənləşib.
İlk öncə meydana Argentina və İsveçrə yığmaları çıxıb. Argentina millisi əlavə vaxtda vurduğu bir qol sayəsində 1/4 finala yüksəlib.
1/8 final mərhələsinin son matçında Belçika və ABŞ komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda Belçika iki, ABŞ isə bir dəfə fərqlənib. Beləliklə, 1/4 finalda Braziliya Kolumbiya, Fransa Almaniya, Hollandiya Kosta-Rika, Argentina isə Belçika ilə qarşılaşacaq.
Komandalardan 4-ü Avropa qitəsini, 4-ü isə Amerika materikini təmsil edir.
İlk oyun iyulun 4-də Almaniya ilə Fransa arasında keçiriləcək.
Avropa-Amerika-4:4
1
Argentina-İsveçrə - 1:0. Gonzalo Higuain vs. Fabian Schaer.
2
Argentina-İsveçrə - 1:0. Lionel Messi rəqib futbolçuları keçməyə çalışır.
3
Argentina-İsveçrə - 1:0. Angel Di Maria isveçrəlilərin qapısına vurduğu qolu bayram edir.
4
Argentina-İsveçrə - 1:0. Johan Djourou vs. Gonzalo Higuain.