DÇ-2014-ün 1/8 final mərhələsinin oyunları davam edir.
Fransa və Nigeriya arasında baş tutmuş oyun 2:0 hesabı ilə bitib.
79-cu dəqiqədə Paul Pogba hesabı açıb, oyuna əlavə edilmiş dəqiqələrdə Joseph Yobo-nun avtoqolu hesabı 2:0 edib.
Almaniya-Əlcəzair oyununun əsas vaxtında qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. 92-ci dəqiqədə Almaniya millisinin futbolçusu Andre Schuerrle hesabı açıb. 120-ci dəqiqədə Mesut Oezil ikinci topu Əlcəzair millisinin qapısından keçirib. Bir dəqiqə sonra Abdelmoumene Djabou hesab arasındakı fərqi azaldıb.
Beləliklə, növbəti mərhələdə Almaniya millisi Fransa yığması ilə qarşılaşacaq.
Alman maşını 1/4 finalda

5
Fransa-Nigeriya – 2:0. Yohan Cabaye vs. Victor Moses.

6
Almaniya-Əlcəzair – 2:1. Əlcəzair komandasının qapıçısı Rais Mbolhi zərbəni dəf edir.

7
Almaniya-Əlcəzair – 2:1. Almanların qolkiperi Manuel Neuer əlcəzairli Islam Slimani-nin hücumunun qarşısını alır.

8
Almaniya-Əlcəzair – 2:1. El Arabi Soudani vs. Shkodran Mustafi.