37 repressiyasında yolları ayrılmış, dağılmış bir ailənin son görüş yeri. Abbas Atilay sizə Cavidlər ailəsinin evini və son görüş yerini göstərir.
Hüseyn Cavidin taxta başdaşı...

1
Hüseyn Cavidin sürgün zamanı dəfn edildiyi 1941-ci ildə Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonunu Şevçenko kəndindək məzarlıq 1982-ci ildə 100 illik yubileyi ilə əlaqədar açılmış və nəşi Naxçıvan şəhərinə gətirilərək evinin yanında dəfn edilmişdi. Həmin anlardan xatirə fotosu.

2
Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani aıləsındə dünyaya göz açan Azərbaycan dramaturqu, repressiya qurbanı Hüseyn Cavid ibtidai təhsilini Naxçıvan şəhərində aldığı zaman yaşadığı Naxçıvan şəhərindəki evləri.

3
Bir əsrdən artıq yaşı olan bu ev Hüseyn Cavidin ata mülkü olsa da, Sovetlərin işğalından sonra əsl sahiblərindən alınmış və müxtəlif məqsədlərlə istifadə edilmişdir. Yalnız bu ev 1982-ci ildə şair və dramaturq Hüseyn Cavidin doğumunun 100-cü ilində xüsusi göstərişlə onun ev muzeyinə çevrilmişdir.

4
Ev muzeyində Hüseyn Cavid və ailəsinə aid əşyalar nümayiş etdirilir. Cavidin iş masası və yazı ləvazimatları buna misaldır.
Şərhlər (4)
Daha çox şərh göstər