DÇ-2014-ün qrup mərhələsinə yekun vurulub.
Dünən keçirilən dörd oyunla 1/8 finalın bütün 16 iştirakçısı məlum olub.
G qrupunda Portuqaliya-Qana matçı 2:1 hesabı ilə portuqalların xeyrinə bitib. Almaniya-ABŞ qarşılaşması isə almanların 1:0 qələbəsi ilə yekunlaşıb. Portuqaliyalılar top fərqində ABŞ-a uduzduqlarından, növbəti mərhələyə Şimali Amerika təmsilçisi çıxıb.
H qrupunda Cənubi Koreya Belçikaya 0:1 hesabı ilə uduzmaqla mübarizəni dayandırıb. Bu qrupda əsas maraq Əlcəzair-Rusiya matçına idi. Aktivində dörd xalı olan Afrika təmsilçisini 1/8 finala yüksəlmək üçün heç-heçə qane edirdisə, ruslar mütləq qələbə qazanmalı idilər. Lakin bu matçda heç-heçə oynayan Əlcəzair komandası 1/8 finala yüksəlib.
Beləliklə, G qrupunun lideri Almaniyanın 1/8 finaldakı rəqibi Əlcəzair olub. ABŞ isə H qrupunun birincisi Belçika ilə qarşılaşacaq.
Portuqaliya və Rusiya qrupda qaldı
1
Portuqaliya-Qana – 2:1. Cristiano Ronaldo Qananın qapısına başla zərbə endirir.
2
Portuqaliya-Qana – 2:1. Ronaldo qol vurmaq istəsə də, alınmır.
3
Portuqaliya-Qana – 2:1. Pepe topa tullanır.
4
ABŞ-Almaniya-0:1. Benedikt Hoewedes vs. Michael Bradley.