Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 22:00

Dağıstanda iki şübhəli yaraqlı öldürülüb


Arxiv foto

Rusiyanın Dağıstan Şimali Qafqaz respublikasında polis iyunun 26-da iki şübhəli yaraqlını öldürdüyünü deyir.

Məlumatlara görə, şübhəlilərdən biri paytaxt Maxaçkalada polisə atəş açıb. Onun şəxsiyyəti müəyyənləşdirilir.

Digər şübhəli yaraqlı Dərbənd şəhərində, xüsusi anti-terror əməliyyatında öldürülüb. Polis həmin şəxsin qanunsuz silahlı qrupda iştirakı üçün axtarıldığını deyir.

Dağıstanda və Rusiyanın digər Şimali Qafqaz respublikalarında illərdir islamçı ekstremistlərin zorakılığı baş alıb gedir. Onlarla adam ölüb və yaralanıb.

XS
SM
MD
LG