Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:00

Pakistanda sərnişin təyyarəsi vurulub, 200 nəfər sorğu-sual olunub


Arxiv foto

Pakistanın təhlükəsizlik rəsmiləri deyir ki, ölkədə sərnişin təyyarəsi vurulandan sonra 200-dən çox adam sorğu-sual olunub. Həmin hadisədə bir qadın ölüb, iki nəfər yaralanıb. İyunun 24-də Pişəvər Beynəlxalq aeroportuna enən təyyarəyə güllə atılıb. Təyyarədə 178 nəfər olub, Səudiyyə Ərəbistanından qayıdırmış.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb, ancaq rəsmilər Pakistan Talibanından şübhələnir. Polisin sözçüsü dpa-ya deyib ki, iyunun 25-də aeroportun işində və ətrafında saxlanmış 200-dən çox adam sorğu-sual olunub.

Bu hücumdan öncə Taliban Pakistanın Karachi şəhərinə hücum edib.

XS
SM
MD
LG