Dünya futbol çempionatında qrup mərhələsinin oyunları davam edir.
«F» qrupunda Bosniya və Herseqovina millisi İran üzərində 3:1 hesablı qələbə qazanıb.
Eyni qrupda mübarizə aparan Nigeriya komandası Argentinaya 2:3 hesabı ilə məğlub olsa da, İran da uduzduğu üçün 1/8 finala yüksəlib.
Gecə saatlarında isə E qrupunun iki oyunu keçirilib. Ekvador Fransa ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb. Xalını 7-yə çatdıran fransızlar qrup lideri kimi 1/8 finala adlayıb. Ekvador isə mundialla vidalaşıb.
Honduras-İsveçrə matçında avropalılar meydandan qalib ayrılıblar - 0:3.
Xherdan Shaqiri het-trik edib. Bu, Almaniya millisinin futbolçusu Thomas Müller-dən sonra DÇ-2014-də ikinci het-trikdir. Beləliklə, İsveçrə millisi də 1/8 finala vəsiqəni təmin edib.
Növbəti mərhələdə Fransa Nigeriya ilə, Argentina isə İsveçrə ilə qarşılaşacaq.
Nigeriya və İsveçrə 1/8 finalda
1
Bosniya və Herseqovina-İran – 3:1. Bosniyalı hücumçu Edin Dzeko topa tullanır.
2
Bosniya və Herseqovina-İran – 3:1. Pejman Montazeri vs. Vedad Ibisevic.
3
Bosniya və Herseqovina-İran – 3:1. Bosniyalı qolkiper Asmir Begovic topu nəzərləri ilə müşayiət edir.
4
Nigeriya-Argentina – 2:3. Marcos Rojo Nigeriyanın qapısına üçüncü qolu vurur.