Naxçıvanda əhalinin yay günləri istirahət üçün üz tutduğu yerlərdən biri «Payız meşəsi»dir. Bura əsasən vaxtına və cibinə qənaət edən insanların üstünlük verdiyi yerlərdən biridir. Batabat qədər populyar olmasa da, burda da yay günləri adam əlindən tərpənmək olmur. Abbas Atilay «Payız meşəsi»ni göstərir.
İsti Naxçıvanın sərin «Payız meşəsi»

1
"Payız Meşəsi" adlanan bu ərazi Naxçıvan əhlinin yay günlərində dincəlmək üçün üz tutduğu yerlərdən biridir.

2
Babək rayonunun Cəhri, Gülşənabad və Payız kəndlərinin yanında yerləşən bu ərazi dağlar arasından axan Cəhri çayının kənarında bir yaşıl adadır. O qədər də böyük olmayan bu meşə massivi çılpaq dağlar arasında bir gözəllikdir.

3
Yay günlərində istirahət üçün əhali arasında Batabat qədər populyar olmasa da, Payız meşəsi şəhərə yaxınlığı ilə daha çox seçim ediləndir. Çünki nəzərə alsaq Batabat şəhər mərkəzindən 57 km, Payız meşəsi isə təqribən 20 km uzaqlıqdadır.

4
Bura istirahətə gələn insanlar adətən kabablıq üçün qoyun-quzu ilə gəlir. Cəhri çayı ətrafında heyvanlar kəsilir, ocaqlar yandırılır və döşəklər ağac kölgələri altına sərilir.
Şərhlər (5)
Daha çox şərh göstər