Qahirədən gələn xəbərlərə görə, iyunun 25-də metroda bir neçə bomba partladılıb. Frans Press xəbər verir ki, dörd bomba bir neçə dəqiqəlik fasilələrlə 3 stansiyada partlayıb. Azı 2 nəfər xəsarət alıb.
2013-cü ilin iyulunda islamçı prezident Muhammad Morsi devriləndən sonra Misirdə təhlükəsizlik qüvvələrinə dalbadal hücumlar olub.
Ordunun dəstəklədiyi hökumət hadisələrə görə Morsi-nin Müsəlman Qardaşlığı təşkilatını ittiham edib. Bu qrup zorakılıqlarla hər hansı bağlılığı danır.