Braziliyada keçirilən dünya futbol çempionatının «C» və «D» qruplarında mübarizə başa çatıb.
İlk öncə D qrupunun iki oyunu keçirilib. Artıq 1/8 finalda oynamaq hüququ əldə edən Kosta-Rika millisi mundialla vidalaşan İngiltərə ilə qarşılaşıb. Görüşdə hesab açılmayıb.
İtaliya-Uruqvay oyununda italyanları heç-heçə təmin etsə də, cənubi amerikalılar mütləq qələbə qazanmalı idi. Uruqvay minimal hesablı qələbəyə sevinib - 0:1.
C qrupunda Fil-Dişi Sahili Yunanıstana 2:1 hesabı ilə uduzub, Yaponiya-Kolumbiya oyunu isə cənubi amerikalıların böyükhesablı qələbəsi ilə başa çatıb - 1:4.
Beləliklə, Yunanıstan qrup ikincisi kimi 1/8 finalda Kosta-Rikaya rəqib olub. Kolumbiya komandası isə 1/8 finalda Uruqvayla münasibətlərini ayırd edəcək.
Avropa nəhəngləri qrupda qaldı

1
İtaliya-Uruqvay – 0:1. Mario Balotelli uruqvaylı Alvaro Pereira-ya qarşı qaydanı pozur.

2
İtaliya-Uruqvay – 0:1. Diego Godin italyanların qapısına qol vurur.

3
İtaliya-Uruqvay – 0:1. Mario Balotelli vs. Ciro Immobile.

4
Kosta-Rika-İngiltərə – 0:0. Giancarlo Gonzalez vs. Ross Barkley.