Dahi yazıçı və publisist Cəlil Məmmədquluzadənin doğulub və gəncliyini keçirdiyi, yaradıcılığının ilk illərinə şahid olmuş bu ev indi onun ev muzeyidir. Abbas Atilay bu evi sizin üçün çəkib.
Mirzə Cəlilin ev muzeyi - Naxçıvan
1
Yazıçı və publisist Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi ev indi onun ev muzeyi kimi istifadə olunur.
2
Bu ev muzeyi Naxçıvan şəhərində İdris Məmmədov küçəsində yerləşir. Bu ərazi "Şahab məhləsi" və "Qurdlar məhləsi" kimi də tanınır.
3
Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin 1998 – ci il, 31 dekabr tarixli sərəncamı ilə yaradılmış bu muzeyin 13 oktyabr, 1999 – cu ildə açılışı olmuş və o gündən Mirzə Cəlil yaradıcılığı həvəskarlarının ixtiyarına verilmişdir.
4