Dünya futbol çempionatında qrup mərhələsinin oyunları davam edir.
C qrupunda Kolumbiya komandası Fil Dişi Sahili millisini 2:1 hesabı ilə məğlub edərək dünya çempionatında ikinci qələbəsini qazanıb.
Yaponiya-Yunanıstan oyununun ilk hissəsində kapitanın qırmızı vərəqə alması balkan təmsilçisini azlıqda qoyub. Yaponların qol vurmaq şansları olsa da, istəklərinə nail ola bilməyiblər - 0:0.
D qrupunda Uruqvaya 1:2 hesabı ilə uduzan ingilislər vəziyyətlərini bir qədər çətinləşdiriblər. Hesabı oyunun 39-cu dəqiqəsində uruqvaylı futbolçu Luis Suarez açıb. Matçın 75-ci dəqiqəsində Wayne Rooney hesabı bərabərləşdirib. On dəqiqə sonra Luis Suarez oyunda dubl edib və komandasının 2:1 hesablı qələbəsini rəsmiləşdirib.
Uruqvay İngiltərəyə gücünü göstərdi – 2:1
1
Fil Dişi Sahilinin müdafiəçisi Souleyman Bamba topa tullanır.
2
Kolumbiyalı Juan Quintero «fillər»i ikinci dəfə məyus edir.
3
James Rodriguez kot-d'ivuarlı Serge Aurier (solda) və Didier Zokora-ya qarşı.
4
Yunanıstan komandasının hücumçusu Giorgios Samaras yaponiyalı Atsuto Uchida-ya qarşı qaydanı pozur.