Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:44

Belçika qalib gəldi, Braziliya və Rusiya xal itirdi

Dünya Futbol Çempionatında daha 3 oyun keçirilib. A qrupunda Braziliya və Meksika yığmaları qarşılaşıblar. Türkiyəli baş hakim Cüneyt Çakır-ın idarə etdiyi oyunda hesab açılmayıb. Hər iki komandanın aktivində 4 xal var. İlk oyunda Braziliya millisi Xorvatiyaya 3:1, Meksika yığması isə Kamerun kollektivinə 1:0 hesabı ilə qalib gəlmişdi. H qrupunun ilk oyununda isə Belçika və Əlcəzair yığmaları üz-üzə gəlib. Belçika millisi 25-ci dəqiqədə hesabda 0:1 geri düşsə də, yekunda 2:1 hesablı qələbə qazanıb. Qrupun digər matçında Rusiya və Cənubi Koreya milliləri hərəyə bir dəfə fərqlənib - 1:1. Oyunun 68-ci dəqiqəsində Keun-Ho Lee-nin vurduğu qol koreyalıları irəli çıxarıb. Çox keçməyib ki, 74-cü dəqiqədə Aleksandr Kerzhakov hesaba tarazlıq gətirib.

Davamı

Bölmələr

XS
SM
MD
LG