Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:56

Anara alternativ tapılmadı


Anar Rzayev
Anar Rzayev
-
KREDİT KARTLARI İLƏ ƏRZAQ ALAN ƏHALİ

«Azadlıq» qəzeti Bakıdakı mağazalarda qalaqlanan nisyə dəftərlərindən yazır.

Əvvəllər nisyə dəftərləri kəndlərdə olurdu. Həm dükan sahibi kənd camaatını tanıyır, «yox» deyə bilmir, həm də maddi vəziyyət yaxşı olmadığından, qohum-qonşunun vəziyyətini nəzərə alırdılar. Xeyli vaxtdır ki, bu «proses» paytaxta da siraət edib. İşsizlik, problemlərin gündən-günə artması, qayğıların çoxalması vətəndaşların nisyə ərzaq üçün dükanlara üz tutmasına gətirib çıxarır.

Məhəllələrdə, binaların altında fəaliyyət göstərən mağazaların əksəriyyətində nisyə dəftərləri var.

Binəqədi rayonunun kənd hissəsində demək olar ki, bütün dükanlarda buna rast gəlmək mümkündür. «Crost» dükanının sahibi deyir ki, nisyə ərzağa görə ona olan borcun miqdarı mağazada satılan məhsulların ümumi dəyərinə yaxındır:

«Nisyə vermədən işləmək olmur. Qohum-qonşu gəlir, bir söz deyə bilmirsən. Məcbursan. Hərdən əsəbiləşirəm, çünki bəzən mal almağa kassada pul olmur, nisyə verdiyimə təəssüflənirəm. Amma hirsim soyuyandan sonra hər şey əksinə olur. İnsanları başa düşürəm. Bilirəm ki, pulu olsa, gətirib verər, heç nisyə almaz».

ANARA ALTERNATİV TAPILMADI

İyunun 17-də Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayı keçirilir. Qurultayda nəzərdə tutulan sədr seçkilərinə namizədlərdən biri hazırkı sədr Anar Rzayev olsa da, digəri ötən həftə mediaya açıqlamasında bu iddiasını bildirən şair tərcüməçi Elxan Zal idi. E.Zal kulis.az-a müsahibəsində bildirmişdi:

«Mən yeganə AYB namizədiyəm ki, konkret proqramla çıxış edirəm. 3-4 nəfəri vəzifədən çıxarmaqla ciddi heç nəyə nail olmaq olmaz».
Elxan Zal
Elxan Zal
Qurultaya bir gün qalmış «Yeni Müsavat» Anara alternativ olan yeganə namizədlə bu mövzuda danışıb. Ancaq Elxan Zal deyib ki, «bugünkü gündə AYB kimi təşkilatda Anara alternativ çətindir».

O, qurultayda Anara səs verəcəyini deyib. «Hesab edirəm ki, Anarın varisi mən olacam. Buna söhbət yoxdur. Sadəcə, bugünkü gündə real deyil».

AVROPA, YOXSA AVRASİYA?

«Media Forum» saytı «Atlas» Araşdırmalar Mərkəzinin təhlilini dərc edib. Yazıda qeyd olunur ki, Rusiya Krımı işğal etməklə və qonşu dövlətdə separatçılara dəstək verməklə Ukraynanı itirdi. Ukrayna Avrasiya İqtisadi İttifaqına heç zaman üzv olmayacaq. Ona görə də Moskva Ukrayna itkisini Azərbaycanın hesabına kompensasiya etmək istəyir, yəni Ukraynanın yerinə Cənubi Qafqazın əsas dövləti olan Azərbaycanı Avrasiya İqtisadi İttifaqına üzv etmək istəyir.

Buna görə də Avropa Komissiyasının yeni sədri yaxın gələcəkdə Azərbaycan uğrunda Rusiya ilə mübarizə aparmalı olacaq. Azərbaycan Avropa Birliyi üçün heç də Ukraynadan az vacib ölkə deyil. Azərbaycanın Avropa Birliyi üçün itirilməsi Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi və Mərkəzi Asiya neft və qazının əldən getməsi deməkdir.

SƏYYAR ASAN SAATLIDA

ANS PRESS-in məlumatına görə, bu ilin 9-19 iyun tarixində Saatlı, Sabirabad, İmişli rayonlarının 380 mindən artıq sakini Səyyar ASAN xidmətdən Saatlı rayonunda yararlana biləcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

MEHRİBAN ƏLİYEVA AFİNADA «KİKLAD» İNCƏSƏNƏT MUZEYİNDƏ

«AzerTAc»:

Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyunun 16-da Afinada «Kiklad» İncəsənət Muzeyi ilə tanış olub. Afinanın ən böyük muzeylərindən olan «Kiklad» 1986-cı ildə Yunanıstanın mötəbər ailələrindən olan Nikolas və Dolli Qulandrislərin Kiklad və qədim yunan incəsənətinin nümunələrindən ibarət fərdi kolleksiyası əsasında yaradılıb.

Nikolas və Dolli Qulandrislər kolleksiyanı 1960-cı ildən yunan dövlətinin icazəsi əsasında toplamağa başlayıb. Kolleksiya qısa zamanda öz nadir eksponatları ilə məşhurlaşıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG