Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Lavrov Minskdə danışıqlar aparacaq


Sergei Lavrov

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Minskdə səfərdədir. O, Belarus həmkarı Uladzimir Makey ilə Ukrayna böhranını müzakirə edəcək.

Rusiya xarici işlər nazirliyinin məlumatına görə, Lavrov və Makey Ukrayna böhranı ilə əlaqədar Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının aspektlərini də götür-qoy edəcəklər. Nazirlik bildirir ki, danışıqlar «ikitərəfli və beynəlxalq məsələlərə həsr olunacaq».

MDB, Avrasiya İqtisadi İttifaqı, digər qurumlar çərçivəsində əməkdaşlıq da buraya daxildir.

Lavrov daha sonra Belqrada səfər edəcək, Serbiya hökumət təmsilçiləri ilə görüşəcək.
XS
SM
MD
LG