Keçid linkləri

Təcili xəbərlər
2019, 21 İyul, bazar, Bakı vaxtı 10:31

Axısqalıların ikinci sürgünü – Fərqanə hadisələri

İyunun 4-də Axısqa türklərinin Özbəkistanın Fərqanə bölgəsindən qovulmasından 25 il ötür. Daha öncə - onlar 1944-cü ildə Stalin-in göstərişi ilə Gürcüstanın Axısqa bölgəsindən Özbəkistan, Qırğızıstan və Qazaxıstana sürgün edilmişdilər. Axısqa türklərinin əksəriyyəti Özbəkistanın Fərqanə bölgəsində məskunlaşmışdı. Sovetlər Birliyi çökərkən bu ərazidə gözlənilmədən baş vermiş, sonralar «Fərqanə hadisələri» kimi adlanacaq etnik qarşıdurma Axısqa türklərinə ikinci sürgün həyatı yaşadıb. Həmin hadisələrdən 25 il keçsə, toqquşmaların səbəbi hələ də tam dəqiqliyi ilə bilinməsə də, nəticələr ictimaiyyətə məlumdur: xeyli sayda insan tələfatı və bir etnik qrupun ikinci dəfə sürgün edilməsi. Deyilənə görə, həmin hadisələri qızışdıran səbəblərdən biri bir qrup adamın yerli özbəklər arasında «onlar özbək qadınlarına təcavüz edir» qəbilindən qızışdırıcı təhrikləri olub. Bu cür təbliğat aparan insanların kimliyi hələ də məlum deyil, onların Sovet KQB-sinə «işlədikləri» ehtimal olunur. Axısqa türkləri 50-ci illərin ortalarından, az da olsa, Azərbaycanda məskunlaşmışdılar (Əsasən, Saatlı-Sabirabad bölgəsində). Amma bu hadisələrdən sonra Azərbaycan Axısqa türklərinə rəsmən qucaq açmış oldu. Onlar Azərbaycanın Aran bölgəsində, Saatlı, Sabirabad, Xocalı, Şamaxı və qismən də Gəncədə yerləşdirildilər. İndi Axısqa türklərindən öz dədə-baba yurdlarına köçənlər də var. Ümumilikdə dünyanın müxtəlif ölkələrində 600 minədək Axısqa türkü yaşayır.

Davamı

Günün bütün mövzuları

Bölmələr

XS
SM
MD
LG