Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 18:20

1937-ci ilin 4 iyun gecəsi…Cavidlər ailəsi üçün faciələrin başlandığı tarix


-
«Cavid əfəndi və onun ailəsi üçün faciələrin başlanğıcı olan 1937-ci ilin 4 iyun gecəsi təkcə bu ailənin yox, bütöv bir millətin yaddaşında dərin izlər buraxıb»

Bu sözləri AMEA Hüseyn Cavidin Ev Muzeyində böyük Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin həbs olunduğu günə həsr olunmuş anım tədbirində muzeyin direktoru Gülbəniz Babaxanlı dilə gətirib.

Muzeyin yaydığı xəbərə görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru bildirib ki, 1937-ci il 4 iyun gecəsində Sovet cəza orqanları Hüseyn Cavidin yaşadığı mənzilə basqın edərək onu həbs edib, eləcə də evdə axtarış apararaq yazıçının əsərlərinin çoxunu məhv ediblər:

«Cavid əfəndi haradan biləydi ki, ailəsi ilə son şam yeməyini edibmiş həmin gün. Hardan biləydi ki, avtobioqrafik əsəri olan “Azər” poeması yarımçıq qalacaq həmin gün».

Gülbəniz Babaxanlı ürək ağrısıyla onu da qeyd edib ki, o gecə təkcə «Azər» poeması yarımçıq qalmayıb, Azərbaycan ədəbiyyatının neçə-neçə yazılmamış inciləri Cavid əfəndi ilə bərabər əbədiyyətə qovuşub…

Anım günü münasibətilə Hüseyn Cavidin Ev Muzeyində 2 gün «Açıq qapı» günü elan olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG