ATƏT-in baş katibi Lamberto Zannier deyir ki, Ukraynanın şərqində saxlanmış, ATƏT müşahidəçilərindən ibarət iki komanda «sağ-salamatdır».
Zannier jurnalistlərə deyib ki, ATƏT müşahidəçilərin buraxılması üçün fasiləsiz işləyir. O, detalları açıqlamayıb.
ATƏT-in 4 müşahidəçisi mayın 26-da Donetskdə saxlanıb. Daha 4 nəfər tərcüməçi ilə birlikdə 4 gün sonra Luqanskda oğurlanıb.
Zannier deyib ki, təhlükəsizlik problemləri ucbatından ATƏT şərqdə müşahidəçilərinin sayını azaldır. Ancaq o, rəqəm açıqlamayıb.