Keçid linkləri

Təcili xəbərlər
2021, 06 May, Cümə axşamı, Bakı vaxtı 05:46

Ukrayna qüvvələri bir postdan çəkilib




Ukrayna Milli Qvardiyası qüvvələrinin Luqanskda hərbi postu tərk etdiyini deyir. Səbəb rusiyayönlü separatçılarla 10 saatlıq döyüşdən sonra silah-sursatın tükənməsidir.

Milli Qvardiyanın mətbuat xidməti iyunun 4-də bildirib ki, səhər saatlarında polka 300-dək yaraqlı hücum edib.

Bəyanatda deyilir ki, "ordu sursat bitənədək atəşi dəf edib”.

Altı yaraqlı öldürülüb, 20 nəfər yaralanıb.

3 Ukrayna əsgərinin də yaralandığı, qüvvələrin “daha təhlükəsiz yerə” çəkildiyi bildirilir.

Ötən həftə Ukraynanın şərqində atışma güclənib. Mayın 29-da vertolyotun vurulması nəticəsində 14 Ukrayna əsgəri həlak olub.


UKRAYNA XƏBƏRLƏRİNİ CANLI BLOQDA İZLƏ
XS
SM
MD
LG