Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 21:22

Hindistanın yeni baş naziri Narendra Modi keçmiş casus, Pakistanla iş üzrə bir neçə illik təcrübəsi olan şəxsi milli təhlükəsizlik müşaviri təyin edib. Ajit Doval-ın bu posta təyinatı Pakistanla münasibətdə sərt dəyişiklik yaranacağının əlaməti sayılır. Doval terrorçuluqla mübarizə missiyalarında roluna görə fərqlənib.

Pakistan yaraqlıları 1999-cu ilin dekabrında Hindistan təyyarəsini oğurlayanda, Doval Əfqanıstanda, Qəndəharda olub. İllər boyu o, yaraqlı qruplara qarşı sərt tədbirlərin tərəfdarı olub.

Modi əvvəlki hökuməti milli təhlükəsizlik məsələsində zəif olmasına görə tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG