Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:07

Beynəlxalq müşahidəçilərə deyiblər ki, "buralara gəlməyin"- Mətbuat icmalı


Donetskdə seçkiyə hazırlıaşan qadın Ukrayna bayrağını ütüləyir
Donetskdə seçkiyə hazırlıaşan qadın Ukrayna bayrağını ütüləyir
Seçkini Poroshenko udacaq, ancaq ölkəni birləşdirə biləcəkmi? Üzrü Putin istəməlidir, şahazadə Charles yox. Türkmənistanda aclıq edəni zorla yedizdirirlər- Mətbuat icmalı

POROSHENKO 1-CİDİR

ABŞ-ın Pew araşdırma mərkəzi Ukraynada rəy sorğusunu prezidentliyə namizədlər hələ müəyyən olunmamış, Krım da daxil, bütün Ukrayna ərazisində keçirmişdi. İndi Mərkəz sorğusunun nəticələrini açıqlayır.

Petro Poroshenkonu əhalinin 54 faizi dəstəkləyir, 36 faizi onun namizədliyini bəyənmir. Yulia Timoshenko ikincidir: 30 faiz onu dəstəkləyir, 63 faiz dəstəkləmir.
Ancaq Pew araşdırma mərkəzi qeyd edir ki, Poroshenkonun qələbəsi şübhə doğurmasa da, onun şərq və qərb regionlarını birləşdirə biləcəyi şübhəlidir.

Poroshenkonu qərb regionlarında əhalinin 80 faizi dəstəkləyir, şərq regionlarında 37 faizi. Qərbdə Poroshenkonu bəyənməyənlər 13 faizdir. Şərqdə - 51 faiz.

Krımda Poroshenkonu 4 faiz dəstəkləyir, 94 faiz dəstəkləmir.

SİLAH ARQUMENT OLANDA

New York Times qəzetinin müxbiri Donetskdə olub. Şəhərin bir seçki məntəqəsinin rəhbəri İnna Mashenskaya deyir ki, 2 silahlı şəxs seçki məntəqəsinə olub və o, onlarla mübahisəyə başlayıb. Mübahisə uzananda yaraqlılardan biri kəmərindən asılmış iri bıçağı çıxarıb, bundan sonra İnna Mashenskya mübahisəni dayandırıb. O deyir: “Bu elə arqumentdir ki, mən bunun qarşısında dura bilmərəm”.

Qəzet yazır ki, prezident seçkiləri ərəfəsi xarici müşahidəçilər Ukraynaya yağış kimi yağır. Ancaq onlar şərq regionlarında seçkini izləməyə getmək istəmirlər. Qorxurlar ki, onları rusiyapərəst yaraqlılar oğurlaya.

Donets regionunun qubernatorunun köməkçisi Valery Zhaldak deyir ki, o da beynəlxalq müşahidəçilərə məsləhət görür ki, buralara gəlməsinlər. O deyir: “biz müşahidəçilərə şadıq, ancaq onların gəlişi bizə başağrısı yaradacaq”.

Qəzet yazır ki, Kiyevdəki Beynəlxalq Sosiologiya İnstitutunun bildirdiyinə görə, şərq regionlarında əhalinin 60 faizi ya səs verməyəcək ya da seçkidə iştirakını hələ müəyyənləşdirməyib.

ÜZRÜ PUTİN İSTƏMƏLİDİR

Times qəzeti yazır ki, şhazadə Charles yox, Putin üzr istəməlidir. Qəzet xatırladır ki, Charles Putini Hitlerə oxşatdığına görə, indi Rusiya Britaniyadan izahat istəyir.

Times yazır ki, əgər Putin tənqid olunmağlnı istəmirsə, onda Ukraynanın sərhədlərinə hörmət etsin. Xüsusi təyinatlıları çıxartsın. Qəzet yazır ki, Rusiya Britaniydan ədalət tələb edir, Britaniya da Rusiyadan tələb edə bilər ki, Rusiya beynəlxalq aləmdə yerini qazansın. Rusiyanın bu yeri tuta bilməsinə London illərlə və çətinlik çəkərək çalışıb, çünki Rusiya özünü əməkdaşlıq etmək istəyən yox, qonşuları üzərində dominantlıq etmək istəyən ölkə kimi aparır.

Qəzet yazır ki, Charles və Putin gələn ay Fransada müharibə dövründə ikinci cəbhənin açılmasının 70 illiyinin bayram edilməsində görüşəcəklər.
Qəzet Qərb liderlərinin yadına salır ki, Avropada faşizm üzərində qələbədə Sovet qoşunlarının rolu həlledici olub, onlar indiki Rusiya prezidentinə isə xatırlatsınlar ki, indiki Avropada sülh yalnız qarşılıqlı hörmətlə və ziyalı dövlətçiliklə əldə oluna bilər.

DOST-DÜŞMƏN RUSİYA VƏ ÇİN

Economist jurnalı yazır ki, Putin üzünü Çinə tutur, ABŞ bundan narahat olmalıdırmı? 40 il əvvəl ABŞ prezidenti Nixon və dövlət katibi Kissinger Çinə təklif edirdilər ki, Çin ABŞ-ın dostu olsun və SSRİ-yə qarşı çıxsın. İndi Rusiya ilə Çin birləşib, ABŞ-a qarşımı çıxır?

Jurnal yazır ki, narahat olmağa əsas yoxdur. Rusiya ilə Çin ən yaxşı , necə deyərlər, dost-düşməndirlər.

Onların fundamental fərqləri var. Hətta Çinə qaz almaq, Rusiyaya qaz satmaq lazım olduğu vaxtda belə bir sazişin razılaşdırılmasına 10 il vaxt getdi. Hətta bu saziş Putinin səfəri dövründə də son anda əldə olundu. Deyilənə görə, Putin öz səfərinin nəticəsi olaraq nəsə böyük bir nailiyyət nümayiş etdirmək istəyirdi, Çin buna görə sazişi imzaladı.

Jurnal yazır ki, Rusiya ilə Çin necə dost ola bilər ki, Çinin qlobal gücü yuxarı, Rusiyanın gücü isə aşağı gedir. Jurnal buna səbəb kimi Rusiyada korrupsyanı və iqtisadiyyatı dəyişə bilməməyi göstərir. Rusiya iqtisadiyyatı təbii sərvətləri satıb-dolanan iqtisadiyyat olaraq qalır.

ZORLA YEDİZDİRİRLƏR

Türkmənistanda 39 yaşlı Mansur Mingelov 22 il həbs cəzası alıb. O, məhkəmənin ədalətsiz olduğunu deyib, aclığa başlamışdı, indi də onu güclə yedizdirirlər.

Amnesty İnternational Türkmənistan prezidentinə, baş prokuroruna məktub yazaraq bildirir ki, Mingelov 11 növ işgəncəyə haqda məlumat verib. Bunlara o cümlədən stulun ayağı ilə, plastik qu qabları ilə döyülmə, elektroşok daxildir.

Hadisələr Mingelovun qardaşının həbsindən başlandı. Ona verilən işgəncə faktlarını Mansurov sənədləşdirməyə başladı, 11 faktı CD disklərə yazıb beynəlxalq təşkilatlıar göndərdi, bundan sonra onun özünü tutdular.

OXUCULARININ 60 FAİZİ TELEFONDAN OXUYUR

Economist jurnalı yazır ki, qəzetlər Times qəzetini rəqəmsal dünyaya keçidin pioneri sayırlar.

Times qəzetindəki məqalələri oxuyanların 60 faizi bu yazıları qəzetdən yox, smartfonlardan və tabletlərdən oxuyurlar. Əksər oxuculıar bu məqalələri Twitter, Facebook və başqa sosial şəbəkələr vasitəsilə alırlar. Times qəzetinin 760 min abunəçisi var.

Times qəzetinin əsas rəqibi olan qəzetlər ziyanla işlədiyi son bir ildə Times 150 milyon dollar mənfəət götürüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG