Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:47

Rusiya və Çin 400 milyard dollarlıq sazişi razılaşdıra bilməyiblər


Xi Jinping və Vladimir Putin
Xi Jinping və Vladimir Putin
-

«Qazprom» rəsmiləri bildirib ki, Çinlə 400 milyard dollarlıq qaz sazişinin bağlanması üçün aramsız şəkildə çalışırlar. Ötən gün Rusiya prezidenti Vladimir Putin çinli həmkarı Xi Jinping-lə görüşsə də qazın qiymətinə görə razılaşa bilməyiblər. Danışıqlardan sonra Putin bildirib ki, danışıqlar yekun mərhələdədir və müzakirələr davam edəcək.

Rusiya və Çin qaz sazişi üzərində 10 ildən çoxdur işləyir, sazişə əsasən Rusiya növbəti 30 ildə Çini qazla təmin etməlidir.

«Qazprom» şirkətinin bildirdiyinə görə, aramsız işləyirlər ki, Putin mayın 21-də Çini tərk edənəcən saziş imzalanmaq üçün hazır olsun.

Ötən gün Putin, Xi və BMT baş katibi Ban Ki-moon Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısına qatılıblar. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
XS
SM
MD
LG