Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:33

İlham Əliyev Çin lideri Xi Jinpinglə görüşüb


Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısına qatılan prezident İlham Əliyev mayın 20-si Şanxayda Çin Xalq Respublikasının sədri Xi Jinpinglə görüşüb. AzərTAc-ın məlumatına görə, İlham Əliyev qeyd edib ki, Azərbaycan Çin Xalq Respublikası ilə bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətinə sadiqdir.

Görüşdə Azərbaycanla Çin Xalq Respublikası arasında energetika, infrastruktur, nəqliyyat, ticarət dövriyyəsinin artırılması, texnologiyalar, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, humanitar, investisiya qoyuluşu və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Söhbət zamanı beynəlxalq məsələlər, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev həmin gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Şanxaya gələn dövlət və hökumət başçılarının şərəfinə verilən ziyafətdə iştirak edib.
XS
SM
MD
LG