Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:15

«Tərəflər sülh üçün vacib olan addımları atmalıdırlar»


ATƏT-in Minsk Qrupunun həmsədrləri
ATƏT-in Minsk Qrupunun həmsədrləri
-

«Bu Saziş müharibəyə son qoyub və faciəvi zorakılığı dayandıraraq danışıqlara yol açıb. Atəşkəs sayəsində erməni və azərbaycanlıların yeni nəsli müharibənin dəhşətlərini görmədən böyüyüblər. Tərəflər gələcək nəsilləri də bu cür dəhşətlərdən qorumaq üçün hər şeyi etməlidirlər».

ATƏT-in Minsk Qrupunun həmsədrləri atəşkəs haqqında sazişin imzalanmasının 20-ci ildönümü ilə bağlı bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir ki, «lakin bütün bunlara baxmayaraq, atəşkəs haqda saziş münaqişəni həll etməyib. Dağlıq Qarabağ ətrafındakı ərazilər işğal altında qalır, Dağlıq Qarabağın statusu isə müəyyənləşməyib. Münaqişənin həll olunmamış qalması yüz minlərlə insanın qaçqın və köçkün vəziyyətində yaşamaqda davam etməsinə, sərhəd və təmas xətti boyunca zorakılığın artması ehtimalının daim mövcud olmasına, eləcə də bəzi insanlarda status-kvonun daimi olacağı barədə yanlış fikir formalaşmasına səbəb olub. Tərəflər həmsədr ölkələrin təqdim etdiyi imkanlardan yararlanmağa və sülh prosesində irəliləyiş üçün lazım olan siyasi qərarlar qəbul etməyə az maraq göstəriblər».

QARŞILIQLI ETİMAD OLMADAN MÜMKÜN DEYİL

Bəyanat müəllifləri bildirir ki, biz münaqişəyə dair ümumi mövqeyi bölüşürük və münaqişənin mümkün qədər tez müddətdə BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına, xüsusən güc tətbiq etməmə, ərazi bütövlüyü və millətlərin bərabərliyi və öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan sülh yolu ilə həllində tərəflərə kömək etməkdə qərarlıyıq.

«Həll yolu həmsədr ölkələrin dövlət başçılarının 2009 – 2013-cü illərdə verdikləri birgə bəyanatlarda əks olunmuş elementləri, o cümlədən Dağlıq Qarabağ ətrafındakı ərazilərin geri qaytarılması, Dağlıq Qarabağın onun təhlükəsizliyinə və özünüidarəetməsinə təminat verən aralıq statusunun müəyyənləşdirilməsi, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizin mövcudluğu, gələcəkdə Dağlıq Qarabağın məcburi hüquqi qüvvəyə malik iradə ifadəsi yolu ilə yekun statusunun müəyyənləşməsi, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına geri qayıtması və sülhməramlı əməliyyat da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatı elementlərini əhatə etməlidir. Biz noyabrda dialoqun ən yüksək səviyyədə bərpa olunmasından ümidlənərək, tərəfləri sadalanan elementlərə əsaslanan sülh sazişi ilə nəticələnəcək konstruktiv, xoşməramlı danışıqlara başlamağa çağırırıq.

Bu cür həll Azərbaycan və Ermənistan xalqlarının qarşılıqlı etimadı olmadan mümkün deyil. Sülh prosesini gücləndirmək üçün biz tərəfləri, fəal insanları xalq diplomatiyası proqramlarına və etimadyaratma tədbirlərinə cəlb etməyə çağırırıq. Tərəflər sülh üçün vacib olan addımları atmalıdırlar. Onlar bunu etdikdə ATƏT-in və beynəlxalq ictimaiyyətin tam dəstəyini alacaqlar».

Mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmasından 20 il ötür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG