Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:42

Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmasından 20 il ötür


arxiv foto
arxiv foto
-
Mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunmasından 20 il ötür.

Atəşkəs haqda razılaşma 1994-cü il mayın 8-də Bişkekdə imzalanıb. Dörd gün sonra - mayın 12-də qüvvəyə minib. Bununla da, cəbhə xəttində hərbi əməliyyatlar dayandırılıb.

Atəşkəs elan edilməsi haqda təşəbbüs Rusiyadan gəlib. Moskvanın planlarına görə, Ermənistan və Azərbaycan atəşkəs sazişindən sonra ATƏT-in Minsk Qrupunun iştirakı ilə hazırlanacaq «Böyük sülh sazişi»nə imza atmalı idilər. Ancaq 20 ildə Minsk Qrupunun iştirakı ilə aparılan danışıqlar səmərəsiz qalıb. Azərbaycanla Ermənistan işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun geri qaytarılması ilə bağlı razılığa gələ bilmirlər.

APA-nın məlumatına görə, atəşkəsdən ötən 20 il ərzində müxtəlif məlumatlara görə, cəbhə xəttində 6 mindən artıq Azərbaycan hərbçisi düşmən gülləsi, mina partlayışları, qar uçqunu və digər səbəblərdən həlak olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG