Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:43

Hüquq müdafiəçisi Mətanət Əzizovanın evində axtarış aparmaq istəyirlər


Prokurorluq Mətanət Əzizovanın evində axtarış aparmaq istəyir
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

Prokurorluq Mətanət Əzizovanın evində axtarış aparmaq istəyir

-
Mayın 3-də özlərini hüquq-mühafizə orqanı əməkdaşları kimi təqdim edən bir qrup şəxs axtarış aparmaq üçün Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evinə gəlib.

Bu barədə AzadlıqRadiosuna həmin evin qarşısından vəkil Samirə Ağayeva məlumat verib:

«10 nəfərə yaxın mülkigeyimli şəxsdir. Mənim müşayiətimlə evə girib axtarış aparmaq istəyirlər. Amma nə özlərini təqdim edirlər, nə axtarış üçün sənəd göstərirlər. Onlar da, bizdə dayanmışıq evin qarşısında. Mətanət xanımın da telefonuna zəng çatmır ki, onunla danışıb vəziyyəti müzakirə edək. Hələ ki gözləyirik».

Mərkəz rəhbəri ilə hələ ki əlaqə saxlamaq mümkün olmayıb.

Baş prokurorluqdan isə AzadlıqRadiosuna deyiblər ki, bu məsələni araşdırıb məlumat verəcəklər.

Mətanət Əzizova «Ayna»-«Zerkalo» qəzetlərinin həbsdə olan şərhçisi Rauf Mirqədirovun işi ilə bağlı mayın 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 4 saata yaxın dindirilib.

-----------------------

Gün ərzində Mətanət Əzizovanın mobil telefonuna zəng çatmadığından və o, evə gəlmədiyindən, prokurorluq əməkdaşları və polis ərazini tərk edib.

Hüquq müdafiəçisinin vəkili Samirə Ağayeva günün sonunda AzadlıqRadiosuna hələ də Mətanət Əzizovanın harada olmasından xəbərsiz olduqlarının deyib.
XS
SM
MD
LG