11:12
28.4.2014
ZƏRƏRÇƏKƏNLƏR ANAR MƏMMƏDLİNİN HƏBSDƏN AZAD OLUNMASINI İSTƏMİŞDİLƏR
«Biz məhkəmədə dindiriləcək zərərçəkənlərin, şahidlərin ifadələri əsasında öz sübutlarımızı və arqumentlərimizi səsləndirəcəyik. Ötən məhkəmə prosesində zərərçəkənlər özlərini zərərçəkən kimi görmədiklərini bildirmişdilər, Anar Məmmədlini həbsdən azad olunmasını istəmişdilər. Yəqin ki, bu dəfə də zərərçəkənlər bizim mövqeyimizi dəstəkləyəcəklər. Çünki onlar bizdən heç bir zərər çəkmədiklərini deyirlər».
Bunu AzadlıqRadiosuna Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı deyib.
12:17
28.4.2014
#MAMMADLI Ənnağı Hacıbəyli: «Anar Məmmədlinin işində hüquq yoxdur» http://t.co/6CcCqk3H5S http://t.co/g9dEWG0QXv
— AzadliqRadiosu (@RadioAzadliq) 28.4.2014
12:18
28.4.2014
ANAR MƏMMƏDLİYƏ QARŞI İTTİHAMLAR ELAN OLUNUR
Anar Məmmədlinin məhkəməsində hazırda dövlət ittihamçısı ona qarşı irəli sürülən ittihamları elan edir. Anar Məmmədli dəmir barmaqlıqlar arasında deyil, vəkillərin yanında oturub.
Bunu AzadlıqRadiosuna məhkəmədə iştirak etmiş Siyasi Məhbussuz Azərbaycan Alyansının sədri Elşən Həsənov deyib.
Elşən Həsənov hesab edir ki, Anar Məmmədli ötən ilki prezident seçkilərinin monitorinqini apardığı üçün həbs olunub: «Həbsi sırf buna görədir, adını qoyublar vergiyə görə».

16:51
28.4.2014
Anar Məmmədlinin işi. Zorən zərərçəkənlər.
Vəkil Cavad Cavadov və zərərçəkənlərdən Sahib Rüstəmli SMDT-nin həbsdə olan sədri Anar Məmmədlinin məhkəməsindən və bu məhkəmədə zərərçəkən kimi tanıdılanlardan danışırlar.
Vəkil Cavad Cavadov və zərərçəkənlərdən Sahib Rüstəmli SMDT-nin həbsdə olan sədri Anar Məmmədlinin məhkəməsindən və bu məhkəmədə zərərçəkən kimi tanıdılanlardan danışırlar.