Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 03:36

Anar Məmmədlinin məhkəməsi mayın 5-də davam edəcək

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda, o cümlədən seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir.

Beynəlxalq hüquq-müdafiə təşkilatı Amnesty International Anar Məmmədlini «vicdan məhbusu» sayır.

Müdafiə tərəfi bildirir ki, Anar Məmmədlinin həbsinin əsl səbəbi ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqini aparmasıdır


Məhkəmədən xəbərlər daim yeniləndiyindən ən sonuncu məlumatlar mətnin əvvəlindədir
19:22 28.4.2014

Vəkil: «Anar Məmmədli özünü təqsirkar saymır»

Vəkil: «Anar Məmmədli özünü təqsirkar saymır»
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

XS
SM
MD
LG