Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:28

Daha bir “Nurçu” əməliyyatı keçirilib


-
Aprelin 11-də “Nurçu” dini təriqətinin üzvləri 60-70 nəfərlə toplantı keçiriblər. Daxili İşlər Nazirliyi yaydığı məlumatda həmin şəxslərin Göyçay şəhəri Bakı küçəsindəki Z. Məmmədova məxsus evdə toplaşdıqlarını bildirilir. Görüş Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkiriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçinin iştirakıyla keçirilib. Görüşə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinləri qatılıb.

Z.Məmmədovun evinə baxış zamanı 545 ədəd “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş “Risaleyi Nur” kitabları, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir mişeni, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb.

Aprelin 14-də İ.Həmidovun evinə baxış zamanı 20 ədəd “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş “Risaleyi Nur” kitabları aşkar edilərək götürülüb. Onların izahatları alındıqdan sonra sərbəst buraxılıblar.

Bundan öncə, aprelin 12-i gecə paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərdən birində də axtarış aparılmış, toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanmışdı.

“Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin saytının yaydığı məlumatda bildirilir ki, həmin ünvandan da qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.
XS
SM
MD
LG