Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:36

"Təbriz xalçası qızıldan qiymətlidir"


Təbriz bazarı
Təbriz bazarı
BBC yazır ki, Ruanda soyqırımının 20 illiyidir. 100 gün ərzində - 1994-cü ilin aprelindən iyuluna kimi 800 min ruandalı öldürülüb. Hutular tutsiləri qırıb. Ruandalıların 85 faizi hutudur. Ancaq tutsi azlığı ölkənin tarixində böyük rol oynayıb. 1959-cu ilə kimi kral tutsilərdən idi. Həmin vaxt hutular tutsi monarxiyasını yıxdı və on minlərlə tutsi qonşu ölkələrə çıxıb-getdi.

Ruandada soyqırımında roluna görə 2 milyon adam məhkəmələrə cəlb olunub.

Hazırda Ruandada milliyət haqda danışmaq qanundan kənar elan olunub. Hökumətin fikrincə, bununla gələcək milli qarşıdurmanın qarşısı alınır.

***

Mikheil Saakashvili Foreign Policy-də Almaniya kansleri Merkelin sözlərini sitat gətirir ki, Rusiya masanın üstə cəngəllik qanunlarını gətirir.

Bununla belə, Saakashvili hesab edir ki, Çeçenistandan və Gürcüstandan sonra Qərb Putin aqressiyasını başa düşməməkdə və buna göz yummaqda davam edir.
Gürcüstanın keçmiş prezdenti yazır ki, Qərbə dəyən ən böyük ziyan ölkələrə dəyən ziyan deyil, Qərb dünyasının üzərində durduğu prinsiplərə dəyən ziyandır.

***

BBC yazır ki, İranın Şərqi Azərbaycan vilayəti sirlə doludur, bu sirlər açılmağını gözləyir.

Təbriz bazarı dünyanın ən böyük üstüörtlülü bazarıdır.

Burda dəhlizlərin, satış yerlərinin ümumi uzunluğu 5,5 km – dir. Məşhur italyan səyyahı Marco Polo da 13-cü əsrdə Təbriz bazarına gəlmişdi. O vaxt Təbriz bazarı İpək Yolunda böyük ticarət mərkəzi idi. Təbriz Bazarının əhəmiyyətini qeyd etmək üçün, 2010-cu ildə UNESCO bu bazarı bəşəriyyətin mədəni iris siyahısına salıb.

Yerli bələdçi Ali Kheshtgar BBC müxbirlərinə deyib ki, “İran xalçası, xüsusilə, Təbriz xalçası qızıldan qiymətlidir”.

BBC müxbirləri Təbrizdən cəmi 45 km aralıda olan Kandovan kəndində olublar. Yazırlar ki, burda evlərin əksəriyyəti elektrik, televiziya və başqa müasir texnikanın nə olduğunu bilmirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG