Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 22:59

Savaşın bir parçasına çevrilmiş insanlar. Fotoqraf Cahangir Yusifin İraqda gördükləri

İraqa səfərimiz çox çətinliklə baş tutdu. Elə ölkəyə ayaq basmışdıq ki, daha bir çətinliyin sorağı gəldi. Hava limanının işçisi bizə «nə edirsiz edin, amma elə edin ki, sizi oğurlamasınlar» – dedi. Geri dönməcəkdik ki, artıq Nəcəf şəhərindəydik. Bütün riskləri gözə alıb Nəcəfdən başlayaraq İraqı gəzməyə üz tutduq. Gördük ki, savaş-hərb-müharibə günlük yaşamın bir parçasına çevrilib. Məsələn, təsəvvür edin ki, taksidə gedirsiniz və bir neçə tin uzaqda partlayış baş verir. Qulaqlar batır, şüşələr cingildəyir, amma taksi sürücünüz bunları umursamadan, heç vecinə almadan yoluna davam edir. Sadəcə, dinlədiyi musiqinin səsini bir az da yüksəldir... Buralarda cəmiyyət düzəni-kosmosu yaratmır, tam tərsinə, qarışıqlıq, xaos cəmiyyəti öz ardınca sürükləyir.

Davamı

Bölmələr

XS
SM
MD
LG