Keçid linkləri

2025, 05 İyul, şənbə, Bakı vaxtı 19:51

Səfir: «Ukraynadakı hadisələr Azərbaycan-Amerika münasibətlərini daha əhəmiyyətli edir»


Səfir: Azərbaycandan ABŞ-a birbaşa təyyarə reysi olacaq
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Səfir: Azərbaycandan ABŞ-a birbaşa təyyarə reysi olacaq

-
Martın 18-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Novruz münasibətilə öz iqamətgahında bayram ziyafəti keçirib.

Mərasimdən sonra səfir jurnalistlərin suallarına cavab verib.

Krımda yaranmış vəziyyət haqda danışan səfir belə deyib:

«Ukraynada baş verənlər Azərbaycan-ABŞ və Azərbaycan-Avropa Birliyi münasibətlərini daha əhəmiyyətli edir».

Onun sözlərinə görə, Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin niyə həll edilməli olduğunu bir daha göstərir:

«Azərbaycan və Ermənistan Dağlıq Qarabağdakı münaqişənin həlli üçün addımlar atmalı, bununla da regiondakı qeyri-sabitliyi aradan qaldırmalıdır. Bu münaqişənin davam etməsi heç kimə lazım deyil».
XS
SM
MD
LG