Keçid linkləri

2026, 09 Oktyabr, cümə, Bakı vaxtı 06:49

Şəkidə “İsmayıllı işi” ilə bağlı hökm oxundu

Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində “İsmayıllı işi” ilə bağlı prosesdə ittiham olunanlara hökm oxundu. 8 nəfərə - şərti, 10 nəfərə - real cəza verildi. Onların arasında REAL hərəkatının rəhbəri İlqar Məmmədov 7 il, Musvat partiyası başqanının müavini və jurnalist Tofiq Yaqublu 5 il azadlıqdan məhrum edildi. Prosesdə xarici diplomatlar da iştirak ediblər. Ötən il yanvarın 23-24-də İsmayıllıda icra başçısının istefası ilə nəticələnən iğtişaşlara görə ictimai asayişi pozmaq ittihamı ilə 18 nəfər saxlanıb. Müdafiə tərəfi ittihamları rədd edir, həbslərin siyasi motivli olduğunu deyirlər.

Bölmələr

​
XS
SM
MD
LG