Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 01:41

Krım böhranı - 8-9 mart xronologiyası

- Krıma hərbi müdaxiləsini inkar edən Rusiya rəhbərliyinin bəyanatlarına baxmayaraq yarımadaya Rusiyadan hərbi qüvvələrind axını davam edir.

- Krımdakı Ukrayna hərbi hissəsələri zəbt edilir, təslim olmayan Ukrayna həebçiləri mühasirədə saxlanılır.

- Krımda Ukrayna və Krım tatar mediasının yayımı daandırılıb. Belə bir şəraitdə Krımın zəbt edilmiş parlamentində toplaşan rusiyapərəst deputatlar Rusiyanın tərkibinı daxil olmaq haqda qərar qəbul edir və martın 16-na referendum təyin edir.

- Ukraynada məhdud hərbi səfərbərlik aparılır. Yarımadakı Krım tatarları özünümüdafiə dəstələrində birləşir.

- Qərb Rusiyaya qarşı sanskiyalar, Ukraynaya isə nəhəng iqtisadi yardım elan edir.

- Rusiya və ABŞ hərbi gəmiləri Bosforu keçib Qara dənizə daxil olur.

Bütün bunlar ötən günlərdə baş verənlərin qısa xronologiyasıdır. Martın 8-9-da baş verən hadisələri daim yenilənən bu bloqda təqdim edirik. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli "Davamı" düyməsini sıxmaqla Canlı bliqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Azadlqida qal!
20:12 8.3.2014
AZADLİQRADİOSUNUN GÜN ƏRZİNDƏ YAYDIĞI XƏBƏRLƏR
Simefropolda qadınalrın Ukraynanın ərazi bütövlüyünə dəstək marşı
Simefropolda qadınalrın Ukraynanın ərazi bütövlüyünə dəstək marşı

- ATƏT müşahidəçiləri Krıma buraxılmır. Yarıamadaya nəzarət edən separatçılar onları Xerson şəhərinə qaytımağa məcbur ediblər

- Ukrayna xarici işlər naziri deyir ki, Ukrayna Krımı Rusiyaya vermyəcək.

- Krımda ancaq Rusiyapərəst TV kanallar yayımlanır

- ABŞ Senatorları Krım işğalına görə Rusiya futbol yığmasını fünya çempionatından çıxarmaq haqda FİFA-ya müricət ediblər
20:23 8.3.2014
21:30 8.3.2014


Hərbi maşın karvanı
Simferopola daxil olur

Martın 8-də saat 16 radələrində təqribən 70 KamAZ və Ural markalı hərbi yük maşını Şərq istiqamətindən Krımın paytaxtına daxil olub. Şahidlər maşınlarda Rusiya hərbçilərin olduğunu deyirlər.

Davamı

XS
SM
MD
LG