Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 10:56

ATƏT-in hərbi müşahidəçiləri yenə Krıma buraxılmadılar


Ukrayna - ATƏT müşahidəçiləri Krıma buraxılmır. 7 mart, 2014
ATƏT bildirir ki, onun hərbi müşahidəçilərinin Krıma daxil olmasına yenidən imkan verilməyib.

Müşahidəçilər Ukraynanın Xerson şəhərinə qayıdıblar və növbəti addımlarını planlayırlar.

Müşahidəçilərin olduğu iki avtobus keçid məntəqəsində silahlı şəxslər tərəfindən saxlanıb.

Rusiyanın xarici işlər nazirliyi deyib ki, ATƏT-in hərbi müşahidə missiyası Krım hakimiyyətindən "müvafiq dəvətnamə ala bilməyib".

Müşahidə missiyasının Krıma daxil olmasının qarşısı əvvəlki gün də alınmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG