Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 12:02

ABŞ Qara Dənizə hərbi gəmisini göndərir


-

ABŞ-ın Truxton raket daşıyan gəmisi Bosfor boğazını keçərək Qara Dənizə daxil olub.

ABŞ Donanmasının məlumatına görə, gəminin gəlməyi Ukrayna böhranından xeyli əvvəl planlaşdırılıb.

Gəmi Bolqarıstan və Rumıniya donanmaları ilə birlikdə hərbi təlimlərdə iştirak etməlidir.

Bu həftənin əvvəlində Ukrayna hadisələrindən Baltik ölkələri narhat olanda Vaşinqton Baltik dənizində ABŞ-ın patrul təyyarələrinin sayını artıracğını bildirdi.

ATƏT isə bildirir ki, onun hərbi müşahidəçilərinin Krıma daxil olmasına yenidən imkan verilməyib.

Müşahidəçilər Ukraynanın Xerson şəhərinə qayıdıblar və növbəti addımlarını planlayırlar.

Müşahidəçilərin olduğu iki avtobus keçid məntəqəsində silahlı şəxslər tərəfindən saxlanıb.

Rusiyanın xarici işlər nazirliyi deyib ki, ATƏT-in hərbi müşahidə missiyası Krım hakimiyyətindən "müvafiq dəvətnamə ala bilməyib".

Müşahidə missiyasının Krıma daxil olmasının qarşısı əvvəlki gün də alınmışdı.

Şərhlər (4)

Bu forum dayandırılıb
XS
SM
MD
LG