Abbas Atilay qanlı toqquşmalarla dünya gündəmini məşğul edən Kiyevdən bu gün çəkdikləri. Bu fotolar sizə Kiyevdə yaşanan insanlıq dramından danışır.
Kiyevdə bu gün yaşananlar

1
Hər küçə başında könüllülər tərəfindən qurulmuş postlar. Bu postlarda könüllülər şübhəli bildiyi adamları dindirir, yoxlayır, sonra yola salırlar.

2
Kiyevdə diqqətimizi çəkən o odur ki, heç bir yerdə polis gözə dəymir. Hətta yolların da tənzimlənməsini könüllü etirazçılar təşkil edir.

3
Bu postlardan biri.

4
İki gün əvvəl dinc nümayişçilərə silahla qarşlıq verən güc strukturunun əməllərinə sübut. Nümayişçilərdən biri məhz bu dirəyin yanında qətlə yetirilib. Dəmir dirəklərdəki deşiklər həmin gündən xatirədir.
Şərhlər (2)
Daha çox şərh göstər