Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:56

Pamukdan həbsdəki islamçıya dəstək


Orxan Pamuk
Orxan Pamuk
-

Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk ömürlük həbsə məhkum edilmiş islamçıya dəstək verib.

O, terrorçuluqda təqsirkar bilinmiş Salih Mirzabeyoğlunu özünün “Qar” romanındakı Lacivərd obrazına bənzədib.

“Bəzi islamçılar cinayət işlədi, amma o işləmədi. Buna rəğmən illərdir barmaqlıqlar arxasındadır” – deyə yazıçı “New York Times” qəzetinə bildirib.

O, bu sözləri qəzetin müxbiri Joshua Hammer-i İstanbulda gəzdirərkən yollarının üstündəki Fatih Camesinin divarında “Mirzabeyoğluna azadlıq!” yazısını görəndən sonra deyib.

Hammer “New York Times”da yazır ki, Orxan Pamukun “Qar” romanının əsas qəhrəmanlarından olan, terrorçu şəbəkənin lideri olmaqda günahlandırılan Lacivərd obrazının prototipi həm də Mirzabeyoğludur.

2002-ci ildə çap edilmiş “Qar” romanındakı Lacivərd terrorçu kimi axtarışda olsa da, onun terror törədib-törətmədiyi bəlli deyil.

O, Qərb və qərbpərəstlər əleyhinə ən sərt çıxışların, çağırışların müəllifi olsa da, konkret olaraq kimisə öldürdüyü sübuta yetirilməyib.

Mirzabeyoğlu da Türkiyədə bu cür çıxışlarıyla hakimiyyətdə olan sağçıları qəzəbləndirmişdi.
Salih Mirzabeyoglu
Salih Mirzabeyoglu

1991, 1998-ci illərdə həbs edilsə də, sonradan azadlığa çıxmışdı. 2001-ci ildə həbs olunaraq İslami Büyük Doğu Akıncıları Cephesi (İBDA/C) şəbəkəsinin lideri olmaqda günahkar bilinmiş, edam cəzasına məhkum edilmişdi.

Amma ölüm hökmü ləğv ediləndən sonra cəzası ömürlük həbslə əvəzlənmişdi.

Tam adı Salih İzzet Erdişdir. Kürd əsilli yazardır. 1950-ci ildə Erzincan-da seyid ailəsində doğulub.

15 yaşında böyük türk şairi, islamçı Necip Fazıl Kısakürek ilə qarşılaşıb və nəqşbəndi təriqətinə qatılıb.

Amma sonradan fikirayrılığına görə yolları ayrılıb. Yeri gəlmişkən, “Qar”dakı digər iki islamçının adı “Necip” və “Fazil”dir.

Mirzabeyoğlunun azadlığa buraxılması üçün insan haqları təşkilatları da Türkiyə ədliyyəsinə müraciət edib – xəstə məhkumlardan biri kimi.

Ona həbs edildikdən sonra işgəncə verildiyi də iddia olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG