Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:03

Azərbaycanlı yazıçı Rusiyada qalmaqal yaratdı - Olimpiada


Eduard Bağirov
Eduard Bağirov
-

Azərbaycan əsilli Rusiya yazıçısı Eduard Bağırov Facebook-dakı postu ilə qalmaqal yaradıb.

O, bloqçu, fotoqraf İlya Varlamovu təhqir edib. Onu “uşaqbaz”, “poxyemiş” adlandırıb.

Bloqçu yazıçını məhkəməyə versə də, onun bütün bloqlarının bağlanmasını, üzr istəməsini, 1 milyon rubl cərimə edilməsini tələb etsə də, Bağırov üzr istəmək niyyətində deyil.

O öz bloqunda yazıb ki, bunu heç bir halda etməyəcək.

Qalmaqalın kökündə isə Varlamovun bir postu dayanır.

Post Soçi olimpiadasında 15 yaşında qızıl medal qazanmış Yuliya Lipnitskaya haqdadır.

Ötən ilin sonunda Kanadadakı turnirdə qələbə qazanandan sonra Lipnitskayanın başı üzərinə qaldırdığı üçrəngli Rusiya bayrağında turnirin sponsorunun loqosu gözə dəymişdi.

Varlamov buna rişxənd edərək yazıb ki, Rusiya bayrağından reklam lövhəsi kimi istifadə etmək, şirkətlərə bayraq üzərində reklam olunmağı təklif etmək olardı.
Yulia Lipnitskaya
Yulia Lipnitskaya

Bağırov isə Facebook-dakı postunda buna acıqlanaraq yazıb ki, bütün ölkənin bir neçə il hazırlaşdığı, ümumxalq bayramına çevrilmiş olimpiadanı, ölkə uğrunda canını qoymuş 15 yaşlı qızı ələ salmaq, xalqın sevincini bölüşməyib ona rişxənd etmək olmaz.

Bağırov bloqçunu təhqir edəndən bir qədər sonra təhqiramiz postu Facebook tərəfindən yığışdırılıb. Post paylaşmasına 3 günlük qadağa qoyulub.

Amma Bağırov öz bloqunda yazıb ki, məqsədi elə Varlamovu təhqir etmək olub.

Bundan sonra bloqçunu bir daha təhqir edib, “əclaf”, “pox” adlandırıb. Yazıb ki, cavan olsaydı, onun “pomadalanmış sifətinə” bir yumruq da ilişdirərdi.

Varlamov deyib ki, onun vəkilləri artıq idda ərizəsini Moskva məhkəməsinə təqdim ediblər: “Deyirlər ki, məhkəmədə pis sözlər yaxşı pula çevrilir. O pulları sonradan yaxşı işlərə sərf etmək olur”.

39 yaşlı Eduard Bağırov Türkmənistanda doğulub, atası azərbaycanlı, anası rusdur.

Rusiyada 2007-ci ildə çapdan çıxmış "Qastarbayter" ("Гастарбайтер") romanı ilə məşhurlaşıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG