Keçid linkləri

2017, 20 Fevral, Bazar ertəsi, Bakı vaxtı 19:53

Azərbaycanlı yazıçı “erməni soyqırımı”nı tanıdı, başsağlığı verdi


Eduard Bağırov

Eduard Bağırov

-

Milliyyətcə azərbaycanlı olan rusiyalı yazar Eduard Bağırov “Livejournal”dakı bloqunda 1915-ci ildə Türkiyədə baş vermiş hadisələri “erməni soyqırımı” kimi tanıyıb və buna görə “erməni xalqına başsağlığı verirəm” deyib.

“Геноцид” başlıqlı qısa postun rusca mətni:

“От имени адекватных московских азербайджанцев приношу соболезнования армянскому народу в связи с годовщиной геноцида в Турции в 1915 году”.

38 yaşlı Eduard Bağırov Türkmənistanda doğulub, atası azərbaycanlı, anası rusdur.

Rusiyada 2007-ci ildə çapdan çıxmış "Qastarbayter" ("Гастарбайтер") romanı ilə məşhurlaşıb.

2012-ci il iyulun 30-da Ümumrusiya Azərbaycanlıları Konqresini və Azərbaycan Yazıçılar Birliyinin sıralarını tərk etmişdi. (Kinodramaturq Rüstəm İbrahimbəyova Azərbaycanda təzyiqlərə görə)

O öz bloqunda “Əlvida, Azərbaycan” başlığı ilə bunu belə əsaslandırmışdı: “Сегодня окончательно покинул ряды Всероссийского Азерконгресса и Союза писателей Азербайджана. Мне надоело молча покрывать этот стыдный, мохнатый, средневековый беспредел.”

Yazıçı Natiq Rəsulzadə Eduard Bağırovun qalmaqallı ifadəsini ANS-ə şərh edib.

“Mən onunla şəxsən tanış deyiləm və deyə bilmərəm, hansı düşüncədən çıxış edərək, bu sözləri deyib. Bircə şeyi əminliklə söyləyə bilərəm–bu cür insan nə azərbaycanlı, nə moskvalı, nə bakılı, nə də türkmənistanlı ola bilməz. Axı azərbaycanlı soyadı daşımaq həqiqətən də azərbaycanlı olmaq demək deyil. Onun ifadələrindən bilinir ki, o, kim desən olar, amma Bağırov deyil. Bunu eləməyinin səbəbi kimi yeganə bir şey ağlıma gəlir – maliyyə məsələsi. Görünür, maliyyə durumu zəyifləyib və indi o, əvvəlki vəziyyətini və qalmaqallı şöhrətini qaytarmaq istəyir. Onu təbrik etmək olar – bu bəyanatı ilə hər iki istəyinə nail oldu. Amma mən heç bir azərbaycanlı mədəniyyət xadiminə bu cür şöhrət arzulamazdım".

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG