1953-cü ildə zorla köçürülmüş Yardımlının Deman kəndinin sakinləri böyük tələfatdan sonra 80-lərin sonlarında yenidən kəndlərinə qayıtdılar. Amma bilmirdilər ki, onları hansı problemlər gözləyir. Abbas Atilayın fotoreportajı bu kəndin yaşadığı dram haqqındadır.
Zorən köç, bir kənd dramı - Deman
5
Amma dönüş sevinci az çəkir. Yenidən kəndlərinə qayıdan əhali görür ki, neytral ərazi daha genişlənib, tikanlı simlər ta onların yaşayış yerlərinə qədər gəlib çıxıb. Həyatlarını sadəcə heyvandarlıqla təmin edə bilən əhali üçün bu ağır zərbə olur. Çünki, heyvanların əsas otlaq yeri neytral zonada qalır.
6
Sonrakı illərdə əhali Demandakı uçub dağılmış köhnə evlərini yeniləri ilə əvəzləyir, yaşamaq üçün labüd problemləri həll etməyə başlayırlar. Amma heç cür örüş problemini kökündən həll edə bilmirlər.
7
Sonrakı illərdə əhali Demandakı uçub dağılmış köhnə evlərini yeniləri ilə əvəzləyir, yaşamaq üçün labüd problemləri həll etməyə başlayırlar. Amma heç cür örüş problemini kökündən həll edə bilmirlər.
8
Örüş problemini həll etmək üçün indi bu yola əl atılır: Kəndin mal-qarasını, qoyun-quzusunu otaran çobana aidiyyatı orqanlar möhürlü sənəd veriblər. Hər gün çoban neytral zonaya-örüşə heyvanları apararkən sərhədçilər heyvanları sayır və çobanın sənədinə qeyd edərək onları əraziyə buraxır və axşam yenə heyvanlar sayılır və çobanın heyvanları neytral zonadan çıxarmasına, evə qayıtmasına icazə verilir.