Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 09:12

Nüfuzlu ədəbi mükafatı ruhi xəstəxana işçisi qazandı


Nathan Filer, "Independent"
Nathan Filer, "Independent"
-

Britaniyanın nüfuzlu ədəbi mükafatını öz debüt romanı ilə ruhi xəstəxana işçisi qazanıb.


Özü də müsabiqənin favoriti sayılan Kate Atkinson kimi məşhur yazıçını üstələyərək.

Costa Kitab mükafatının dəyəri 30 min funt sterlinqdir (təxminən 40 min manat).

Münsiflər Heyətinin üzvləri 33 yaşlı tibb işçisi Nathan Filer-in parlaq bir yazıçı karyerası qura biləcəyini deyirlər.

Onun “The Shock of the Fall” romanı şizofreniya xəstəliyinə düçar olan yeniyetmə oğlanın hekayətini anladır.

Gənc yazarın mükafatı qazanması toyu ilə üst-üstə düşüb və o, Londonda təşkil edilmiş mükafatlandırma mərasiminə də toya geydiyi kostyumda gəlib.

Nathan Filer-ə görə, uşaq yaşlarından bədii yaradıcılıqla məşğuldur. Romanı ona görə yazıb ki, hekayəti başqaları ilə də paylaşmaq istəyib: “Mükafatı udmağım o deməkdir ki, indən belə paylaşımlar tez-tez baş verəcək”.


Qeyd edək ki, romanın çapı üçün 11 nəşriyyat rəqabət aparırdı. Əsəri çap etmək haqqını “HarperCollins” nəşriyyatı altırəqəmli qonorar verərək alıb.

Costa Kitab mükafatına Britaniyanın “Costa Coffee” şirkəti sponsorluq edir. Müsabiqədə yalnız İngiltərə və İrlandiya yazıçıları iştirak edə bilərlər.

"Independent"

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG