Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:08

Ən bayağı seks təsvirinə görə “mükafat” aldı


Manil Suri
Manil Suri
-

Britaniyada “Bad Sex in Fiction award 2013” mükafatının qalibini seçdilər.

Ən bayağı, yersiz sex təsvirinə görə verilən “Bad sex in fiction” mükafatına bu il Hindistan əsilli amerikan yazıçısı Manil Suri “layiq görülüb”.

“The City of Devi” romanına görə.

İxtisasca riyaziyyatçı olan yazarın bu əsərindəki hadisələr Mumbai-da baş verir. Nüvə təhlükəsinə görə şəhərə giriş-çıxış bağlanıb. Əsərin əsas qəhrəmanları Sarita və onun yoxa çıxan həkim əri Karundur.

Münsiflərin bəyənmədiyi parçadan:

“Birdən daxma da yox olur, onunla bir yerdə dəniz də, qum da. Yalnız Karunla bir-birinə keçmiş bədənlərimiz qalır. Biz superqəhrəmanlar kimi arxamızca zolaq açaraq günəşləri və günəş sistemlərini keçirik, atom nüvəsi və kvark topalarına baş vururuq…”

Mükafatı Britaniyanın “Literary Review” jurnalı 1993-cü ildən verir.

M.Suri mükafatı qəbul etməkdən imtina edib. Mükafatlandırma mərasiminə 400 nəfər qatılıb.

Sırf pornoqrafik və erotik janra aid əsərlər mükafata namizəd irəli sürülə bilməz.

Bu Manil Surinin üçüncü romanıdır. Onun "The Death of Vishnu" romanı 2001-ci ildə nüfuzlu "Booker" mükafatının uzun siyahısına düşmüşdü.

The İndependent
XS
SM
MD
LG