-
İngilisdilli ölkələrin ən nüfuzlu mükafatı olan “Man Booker”in bu ilki qalibi Eleanor Catton oldu.
28 yaşlı yazıçı bu mükafatın tarixində ən gənc laureatdır.
Kanadada doğulan Catton Yeni Zellandiyada böyüyüb.
Onun mükafata layiq görülmüş “The Luminaries” romanında hadisələr 19-cu əsrdə Yeni Zellandiyada baş verir.
1866-cı il. Walter Moody Britaniyanın müstəmləkəsi olan Yeni Zellandiyaya yollanır ki, qızıl tapıb varlansın. Burada bir sıra mistik cinayətlərin şahidi olur.
Roman o dövrün insanlarındakı varlanmaq ehtirasından bəhs edir.
Roman 850 səhifədir və bu mükafatı udmuş ən uzun əsərdir.
Amma Münsiflər Heyətinin sədri Robert Macfarlane deyib ki, yaşına baxmayaraq Catton-un “hər cümləsində yetkin yazıçı peşəkarlığı, ritmi, balansı hiss olunur”, iri həcmli olsa da, əsərdə artıq heç nə yoxdur, roman yazıçının nəzarətindən çıxmayıb.
Mükafatın dəyəri 50 min funt-sterlinqdir (təxminən 80 min dollar).
"New York Times"a istinadla oxuzali.az